Dəhşətli qəza bir ailəni yox elədi
  • Dəhşətli qəzada ölənlərin adlarını açıqlayıb. Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili və “ZİL” markalı propan qazı daşıyan yük avtomobili toqquşub.

Nəticədə, minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanıb, sürücü - 1978-ci il təvəllüdlü Əfqan Qəhrəman oğlu Rəhimov xəstəxanaya aparılarkən yolda, sərnişinləri - 1979-cu il təvəllüdlü Kəmalə Azad qızı Rəhimova, 2000-ci il təvəllüdlü Yusif Əfqan oğlu Rəhimov, 2004-cü il təvəllüdlü Röyal Əfqan oğlu Rəhimov hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü yaralanıb. Yaralı xəstəxanaya aparılıb.

Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.