Kələm salatı
  • Bu yüngül kələm salatı Ukrayna mətbəxinə aiddir. Tərkibindəki tərəvəz-meyvələr bir-birilərini olduqca gözəl tamamlayır.

Ərzaqlar

 

 

Bir ədəd balaca kələm, təxminən yarım kilo - nazik və uzun-uzun doğrayın

1 xörək qaşığı duz

1 ədəd alma - qabığını soyun və kibrit şəklində doğrayın

3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi

zövqə görə zeytun yağı (adətən günəbaxan yağdan istifadə olunur)

zövqə görə limon suyu

zövqə görə duz

zövqə görə istiot

bir çimdik şəkər tozu (zəruru deyil)

üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə (Mən zirinç səpirəm turşməzə dad üçün)

 

Kələmi  bir kasaya qoyub üstünə  duzu səpin. Əlinizlə təxminən bir dəqiqə sıxın ki, kələm yumuşalsın. Sonra kənara 15 dəqiqəlik qoyun ki, suyu çıxsın. Sonra suyunu əlinizlə sıxıb kələmi kasaya geri qoyun. Çalısın kələmi çox əzməyəsiniz.

Kələmə alma, zeytun yağı, limon suyu, duz, istiot və şəkər tozu (mən çox vaxt şəkərdən istifadə etmirəm) əlavə edin. Qaba qoyub üstünə turş meyvələri və ya zirinci səpib salatı süfrəyə verin. Nuş olsun!

 

 

Azcookbook

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.