Liviya Suriya Milli Keçid Şurasını tanıdı
  • Liviya Suriya Milli Keçid Şurasını tanıdı. Suriya MKŞ sədri: "Liviya xalqına minnətdarıq" Suriya müxalifətini təmsil edən nümayəndə Tripoliyə səfər edib.

Suriya müxalifətini təmsil edən bir qrup nümayəndə Liviyanın paytaxtı Tripoliya səfər edib. Liviya Milli Keçid Şurasının ali rəhbərləri ilə görüşdükdən sonra birgə mətbuat konfransı verilib. Mətbuat konfransında Liviyanın müvəqqəti hökuməti Suriya müxalifətinin yaratdığı Milli Şuranı ölkənin legitim nümayəndəliyi kimi tanıdığını rəsmi şəkildə bəyan edib. Liviya Milli Keçid Şurasının aparıcı üzvlərindən olan Həsən Əl Süqhayır Suriya müxalifətinə dəstək olduğunu bildirib: “Hazırkı birgə bəyanat, Suriya xalqının demokratiya və azadlıq tələblərinə dəstək olaraq Şuranı rəsmi olaraq tanıdığımızı təsdiq edir”. Suriya müxalifətinin aparıcı üzvlərindən olan Suriya Milli Keçid Şurasının sədri Vayil Rəzak Liviya xalqını Qəddafi üzərində möhtəşəm qələbə münasibətilə təbrik edib və Suriya Milli Keçid Şurasını tanıyan ilk dövlət olduğuna görə Liviyaya minnətdarlığını ifadə edib. “Biz Suriya Milli Keçid Şurası olaraq, gəlişimizlə Liviya xalqını qələbə münasibətilə təbrik edir və istər ərəb ölkələri arasında, istərsə də bütün dünyada bizim şuranı Suriya xalqının təmsilçisi olaraq tanımış ilk dövlət olduğuna görə Liviya xalqına dərin minnətdarlıq bildiririk”, deyə Suriya Milli Keçid Şurasının sədri Vayil Rəzak qeyd edib. Bəşər Əsəd rejimi Suriya Milli Şurasını tanıyan istənilən dövlətə qarşı ən sərt ölçülərin götürüləcəyini bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.