Əli Həsənov : “Biz “Eurovision” keçiririk, gey-parad yox”
  • Mən bilmirəm, niyə İran tərəfi Bakıda olmayan bir şey, gey-parad barədə bəyanat verir

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

İranın dünyada “Eurovision”la bağlı Azərbaycanı tənqid edən iki mərkəzdən biri olduğunu deyən şöbə müdiri rəsmi Tehranın Azərbaycana qarşı bu cür siyasətini qısqanclıqla əlaqələndirib:

“İran Bakının maraqlı şəhərə çevrilməsinə, “Eurovision” müsabiqəsinin keçirilməsinə, turistlərin sayının artmasına qısqanclıqla yanaşır. Olmayan bir şey - gey-parad haqqında bəyanat verir.

Kim Azərbaycanda deyib ki, gey-parad olacaq? Ağıllarına haradan düşüb bilmirəm. Bəlkə özlərinin xarakterindədir və indi yadlarına düşüb. Biz “Eurovision” keçiririk, gey-parad yox”.

Ə.Həsənov İrana səfəri zamanı bütün bu məsələləri ətraflı müzakirə etdiyini diqqətə çatdırıb:
“Dedim ki, daxili işlərimizə qarışmayın. Biz dünyəvi dövlətik, siz dini. Biz İslama hörmət edirik, amma dövlət quruluşumuz dini deyil. Ona görə deyirik ki, biz necə sizin diniliyinizə hörmət edirik, siz də bizim dünyəviliyimizə hörmət edin”.

Bundan başqa, Ə.Həsənov qeyd edib ki, İran daim Azərbaycandan İsrail və ABŞ-la münasibətlərini kəsməyi tələb edir.

“Amma bu, bizim öz siyasətimizdir. Biz nə antiiran siyasətinə qoşuluruq, nə də İranın ABŞ və İsraillə bağlı tələblərini həyata keçirmək niyyətindəyik” - deyə, şöbə müdiri bəyan edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.