“Gey-parad keçiriləcəksə, elə Tehranda keçiriləcək”
  • Millət vəkillərindən İrana etiraz. Bu gün Milli Məclisin növbəti iclası keçirilir.

Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Azay Quliyev İranın apardığı siyasətin nə İrana, nə də Azərbaycana xeyir gətirmədiyini bildirib.

Azay Quliyev İctimai Palatanın Bakının ən qaynar yerlərində aksiya keçirməsi ilə İranda Azərbaycan əleyhinə keçirilən aksiyaların fərqlənmədiyini vurğulayıb: “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində belə aksiyalar nə üçün keçirilir? Bu aksiyalar mahnı müsabiqəsindən sonra da keçirilə bilər”.

Millət vəkili Qüdrət Həsənquliyev İran inqilabının lideri Xomeyninin bir vaxtlar məhz Fransada siyasi sığınacaq tapdığını xatırladıb: “Başqa yerlərdə qızlar, Tehranda isə oğlanlar daha çox ciddi nəzarət altında saxlanılır. Əgər gey-parad keçiriləcəksə, elə Tehranda keçiriləcək. İranda bir dövlət rəsmisi demişdi ki, qadınların 25 faizi sulu qəlyan çəkir. Qadınların da çoxu ailə həyatı qurana qədər “ailə həyatı” yaşayırlar. Belələrinin Azərbaycana əxlaq dərsi keçməyə haqqı yoxdur. Deyirlər ki, İran səfiri Azərbaycanı tərk edib. Əslində İranın səfirini qovmaq lazımdır”.

Qüdrət Həsənquliyev ABŞ-ın Dağlıq Qarabağdakı oyuncaq rejimi vəsait ayırmasına da toxunub: “Buna etiraz əlaməti olaraq ABŞ-ın Azərbaycana ayırdığı 30 milyon dollar yardımdan imtina etmək lazımdır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.