Saakaşvili 7 faizlik artımdan danışdı
  • Saakaşvili 7 faizlik artımdan danışdı Saakaşvili: "Ona görə artırıq ki, bizdə korrupsiya yoxdur" prezidenti 7 faizlik iqtisadi artım proqnozlaşdırır.

«Bu gün biz dünyada tək ölkəyik ki, öz iqtisadi artım templərimizə yenidən baxmışıq. İlin əvvəlində biz aşağı göstəriсi bəyan etmişdik, amma indi proqnozu qaldırırıq və yəqin ki, iqtisadiyyatımız 7 faiz artacaq. Halbuki, Türkiyə öz proqnozunu 2 faiz, Avrozona ölkələri isə 2-3 faiz azaldıblar. Bütün dünyada müşahidə edilən meyllərin əksinə olaraq biz artırıq və bizdə başqalarının malik olmadığı üstünlüklər yaranıb. Biz ona görə artırıq ki, bizim dövlət aparatı yüksək səviyyədədir və korrupsiya yoxdur», - deyə Mixail Saakaşvili bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.