Droqbanın əvəzinə iki hücumçu
  • “Porto”nun hücumçusu Halk karyerasını İngiltərədə davam etdirməyə yaxındı. Londonun “Çelsi” klubu braziliyalı hücumçunu heyətinə qatmaqda israrlıdı.

Futbolçunun meneceri Teodor Fonseka Çempionlar Liqasının final görüşü zamanı London klubunun rəsmiləri ilə danışıq aparıb.
Halkla yanaşı “Çelsi” daha bir yüksək səviyəlli forvardla anlaşmaq istəyir. Onlar “Atletiko”nun əvəzedilməz futbolçusu Falkaoya dəvət göndəriblər. Didye Droqbanın yayda komandanı tərk edəcəyini düşünən “Çelsi” onun əvəzinə bu iki futbolçu ilə güclənmək niyyətindədi. Əgər hər iki futbolçu "Çelsi"yə keçərsə, deməli onlar yenidən eyni komandada top qovacaq. Hər iki futbolçu "Porto"da bir yerdə oynayıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.