Eldar Sabiroğlu: “Həkimlər dedilər, hər şey qaydasındadır”
  • “Türkiyəyə müayinə olunmaq üçün gəlmişəm” “Gülhanə Tibb Akademiyasına müayinə olunmaq üçün gəlmişəm”.

Bunu hazırda Türkiyədə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında deyib. Müdafiə Nazirliyinin sözçüsü mətbuatda səhhəti ilə bağlı Türkiyənin Gülnahə Hərbi Tibb Akademiyasına aparılması barədə yayılan məlumatlarla bağlı suala cavabında vəziyyətinin normal olduğunu açıqlayıb. E. Sabiroğlu 6 ay bundan əvvəl Gülhanə Hərbi Tibb Akademiyasında diz qapağından əməliyyat olunduğunu, bu dəfə həkimlərin məsləhəti ilə müayinə olunmaq üçün Türkiyəyə getdiyini deyib: “O zaman həkimlər məsləhət görmüşdülər ki, 6 ay sonra onlara müraciət edim, müayinələrdən keçim. Mən də buna əməl etdim, müayinə olundum. Həkimlər bildirdilər ki, hər şey qaydasındadır”.

E. Sabiroğlu bir neçə gün sonra işə çıxacağını da deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.