Ərdoğanın səfəri təxirə salındı
  • Nazirlər Kabinetinin fövqəladə toplantısını keçirilir. Gül Hakkarinin Çukurca və Yüksekova rayonlarında PKK terrorçularının həyata keçirdiyi hücumlarla bağlı bəyanat verib.

Foxnews-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, şəhidlərin ailələrinə başsağlığı verən Abdulla Gül deyib ki, bu hücumun intiqamı çox böyük olacaq. Türkiyə prezidenti dövləti bu hücumlarla sarsıtdıqlarını zənn edənlərin yanıldıqlarını, nəticə əldə etməyəcəklərini görəcəklərini söyləyib: “Bütün dünya bilməlidir ki, Türkiyə əzmli, qərarlı bir şəkildə sona qədər terrorizmlə mübarizə aparacaq və bu işi bitirmək üçün əlindən gələni edəcək. Digər tərəfdən, terrora qarşı mübarizə aparmaq və demokratik islahatlar həyata keçirmək fərqli məsələlərdir. Biz terrora qarşı qətiyyətlə mübarizə aparacaq və xalqımızı qucaqlayaraq demokratik islahatları həyata keçirəcəyik”. Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qazaxıstana bu gün edəcəyi səfəri təxirə salıb. Xarici işlər naziri Əhməd Davudoğlu Serbiyaya, maliyyə naziri Mehmet Şimşək ABŞ-a, elm, sənaye və texnologiya naziri Nihat Ergün isə İsveçrəyə səfərini təxirə salıb. Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin fövqəladə toplantısını keçirir. Qeyd edək ki, “Reuters” agentliyi Türkiyə ordusunun bölmələrinin artıq İraq sərhədini keçərək 4 kilometr irəlilədiyi barədə xəbər yayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.