Hillari Gürcüstana səfər edəcək
  • Hillari Klinton Gürcüstana səfər edəcək. ABŞ dövlət katibi Gürcüstan-ABŞ strateji tərəfdaşlıq komissiyasının işində iştirak edəcək.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Gürcüstana səfər edəcək. Bu barədə jurnalistlərə dövlət katibinin müavini Uiilyam Berns məlumat verib. Onun sözlərinə görə, səfər 2012-ci ildə reallaşdırılacaq. V. Berns bildirib ki, Birləşmiş Ştatlar dövlət katibi səfər çərçivəsində Gürcüstan-ABŞ strateji tərəfdaşlıq komissiyasının işində iştirak edəcək. Bu komissiyanın əhəmiyyətini qeyd edən U. Berns vurğulayıb ki, Amerika bu komissiyanı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində istifadə etmək niyyətindədir. “Burada əsas məsələ müdafiə, ticarət, enerji təhlükəsizliyi, demokratik institutların gücləndirilməsi, xalqlar arasında əlaqlərin inkişafı, mədəniyyət proqramlarının mübadiləsi kimi məsələlər gündəmdə olacaq. H. Klinton Gürcüstana səfərini növbəti ilə planlaşıdırır. Səfərin əsas məqsədi strateji tərəfdaşlıq komissiyasının işinin gücləndirilməsinə yardım etməkdir”, deyə U. Berns əlavə edib. 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.