Fransada prezidentin mühafizəsi qadına həvalə olunbu
  • Fransa prezidenti Fransua Olland dövlət başçısını mühafizə edən bölmənin rəhbərini dəyişib.

Fransa tarixində ilk dəfə olaraq Fransa prezidentini mühafizə edən bölüyə qadın rəhbər təyin edilib. Mühafizə bölüyünə təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sofi Att rəhbər təyin olunub. Fransua Ollanda Sofi Attın namizədliyini ölkənin sabiq baş naziri Lionel Jospen tövsiyyə edib. Lionel Jospen baş nazir olarkən onun mühafizəsini Sofi Att həyata keçirib.

Fransa prezidentini mühafizə edən bölüyün əməkdaşlarının sayı da azaldılıb, 93 nəfərdən 60 nəfərə endirilib. Artıq bölükdə polis əməkdaşları ilə birlikdə Fransa hərbi polisinin əməkdaşları da daxil edilib. Söhbət anti-terror bölüyünün əməkdaşlarından gedir. Artıq mühafizə bölüyünün 40 faizi məhz hərbi polis əməkdaşlarından ibarətdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.