Vasif Məhərrəmli qayda pozuntusuna görə cəzalandırılacaq
  • “Dövlət nömrə nişanına kustar üsulla müdaxilə etdiyinə görə, həmin nəqliyyat vasitəsinin sürücüsü barəsində tədbir görüləcək”

Azərbaycanın tanınmış müğənnisi Vasif Məhərrəmlinin qanun pozuntusuna Daxili İşlər Nazirliyindən reaksiya gəlib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirib ki, qanunçuluğun və hüquq qaydalarının qorunmasında Daxili İşlər Orqanının əməkdaşları hər zaman ictimaiyyətin və mətbuatın köməyini hiss edir: “ Bu sahədə cəmiyyətin, mətbuatın polis əməkdaşlarına köməyi danılmazdır. Fürsətdən istifadə edib, bu vacib və məsuliyyətli işdə bizə kömək etdikləri üçün ictimaiyyətin və mətbuatın hər bir nümayəndəsinə təşəkkür edirik. O ki, qaldı konkret olaraq nəqliyyat vasitəsinin standartların tələblərinə cavab verməyən dövlət qeydiyyat nişanı ilə idarə edilməsinə, bu, əlbəttə ki, qayda pozuntusudur.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının mövcud standartların tələblərinə cavab vermədiyinə, eyni zamanda dövlət nömrə nişanına kustar üsulla müdaxilə etdiyinə görə, qanuna müvafiq olaraq həmin nəqliyyat vasitəsinin sürücüsü barəsində tədbir görüləcək. Yəni İnzibati Xətalar Məcəlləsinin 155.2.1 maddəsi ilə həmin şəxs təqsirli bilinərək cəzalandırılacaq. Kimliyindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, sürücüyə təcili olaraq artıq kustar üsulla müdaxilə olunmuş dövlət qeydiyyat nişanının dəyişdirilməsi barədə ciddi xəbərdarlıq ediləcək”.

(Qafqazinfo)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.