Yumuşaq brauni
  • Quru, biskvit kimi olan braunilərdənsə, yumuşaq, içi nəm olan brauniləri daha dadlidir. Bu reseptdəki braunilər eyniylə belə olur.

 

Ərzaqlar:

 

6 xörək qaşığı (85 qram) kərə yağı - kubiklərə doğrayın

225 qram 60% və ya 70%-lik acı-şirin (bittersweet) şokolad (plitka) - iri-iri doğrayın

bir stəkanın dortdə üçü qədər +  2 xörək qaşığı şəkər tozu

bir çay qaşıının dörtdə biri qədər duz

2 ədəd iri yumurta

bir stəkanın üçdə biri qədər un

yarım stəkan qoz ləpəsi

Sobanı 160Cdək qızdırın.  Ölçüsü 20 sm x 40 sm olan perqament kağızı kəsib hazırlayın.

Ölçüsü 20 x 20 x 5 sm  olan formanın dibini bir az yağlayıb perqament kağızı buraya sərin. Kağızın kənarları iki tərəfdən bir qədər formanın kənarına çıxacaq - bu, belə də olmalıdır. Perqamentin üstünü yağlayın.

Şokoladı və yağı istiyə qarşı dayanıqlı bir qaba qoyub, qabı qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokolad və yağı əridin. Sonra qabı kənara çəkin.

İri taxta qaşıqla şəkər tozu və duzu şokolada əlavə edin (şokoladın soyumasını gözləmək lazım deyil). Yumurtaları bir-bir əlavə edib qaşıqla çırpın. Unu da əlavə edib yaxşıca qarışdırın. Alınan kütlə hamar və düyünsüz olmalıdır. Əlinizlə qozu iri parçalara bölüb çokoladlı kütləyə əlavə edin. Yavaşca qarışdırın.

Qarışığı formaya töküb üstünü qaşıqla hamarlayın. 30-35 dəqiqə bişirin. Kibritlə brauninin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz amma nəm olmalıdır.

Qoyun  brauni formada bir qədər soyusun. Sonra isə perqament kağızının çıxan tərəflərindən vasitəsiylə brauniləri formadan çıxardın. Qoyun tamamilə soyusun. Sonra isə kiçir kvadratlara doğrayın.

 

 

Azcookbook

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.