“40 şəhid verməyimiz barədə məlumatlar dezinformasiyadır”
  • Müdafiə Nazirliyi son günlər cəbhə xəttində baş verən olaylarla bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun göndərdiyi açıqlamada bildirilir ki, iyunun 13-də dünən ölkədə fəaliyyət göstərən saytlardan birinin cəbhə bölgəsində baş verənlərlə bağlı yaydığı məlumat cəmiyyətdə və mətbuatda çaşqınlığa səbəb olub: “Dezinformasiya xarakterli bu yazıda bildirilir ki, guya iyun ayının 7-8-də cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Ordusu 5 deyil, 40 şəhid verib və bu «fakt» hansısa səbəblərə görə indiyədək gizli saxlanılır.

Belə əsassız məlumatı dövriyyəyə buraxarkən saytın qarşısına hansı məqsəd qoyduğu və nə üçün bu cür uydurma, yalan məlumatla ictimaiyyəti təşvişə qapanmağa sövq etməyə çalışması çox maraqlı görünür. Haradan götürülüb bu məlumat, mənbəyini söyləyə bilərlərmi? Sayt «35 şəhiddən» heç olmazsa, birinin yurd-yuvasını və ya adını nişan verə bilərmi? Ümumiyyətlə, bu qədər əsgərin ölümü necə gizlədilə bilər və yaxud nəyə görə gizlədilməlidir? Göstərilən tarixdə cəbhədə gedən döyüşlər zamanı Azərbaycan tərəfin neçə itki verməsi barədə Müdafiə Nazirliyi ictimaiyyəti dəqiq məlumatlandırıb. Buna görə də cəmiyyəti və informasiya məkanını şübhəli məlumatlarla çaşdırmaq yolverilməzdir.

Həmin sayta və bəzi digər media nümayəndələrinə belə həssas məqamda diqqətli olmağı, dəqiqləşdirilməmiş məlumatları yaymaqla cəbhə bölgəsində qulluq edən minlərlə əsgərimizin valideynlərinin heysiyyatı ilə oynamamağı və düşməni yalan məlumatlarla sevindirməməyi tövsiyə edirik”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.