“Təcili yardım” əhaliyə xəbərdarlıq etdi
  • Bakı şəhəri Təcili və Tibbi yardım Stansiyası havaların isti keçməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Stansiyanın baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında bildirib ki, son günlər havaların isti keçməsi səbəbindən günvurma halları çoxala bilər: “Saat 11.00-dan 17.00-a qədər ehtiyac olmadığı təqdirdə açıq günün altında gəzmək olmaz. Günvurmaya yaşlılar, uşaqlar, xəstələr, kök adamlar daha çox məruz qalırlar. Günvurmaya saat 12.00-dan saat 16.00-a qədər bayırda uzun müddət fiziki işlə məşğul olan insanlar da çox məruz qalır. Həmin saatlarda uzun müddət fiziki işlə məşğul olmaq tövsiyə edilmir”.

M. Həmidov deyib ki, belə anomal isti havalarda küçəyə çıxan insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər: “İnsanlar baş örtüklərindən, çətirlərdən, sərinləşdirici içkilərdən çox istifadə etməlidirlər. Çətin həzm olunan, yağlı, ətli qidalardan imtina etmək, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Maye ifrazı çoxaldığına görə, gün ərzində hər insan 5 litrdən yuxarı maye qəbul etməlidr”. 

Baş həkim bildirib ki, mayın 1-dən günvurma diaqnozu ilə stansiyaya 7 nəfər müraciət edib, onlardan 4 nəfər xəstəxanaya çatdırılıb, yardım göstərildikdən sonra evə buraxılıblar. Son sutka ərzində isə Bakıda 2 nəfər günvurma diaqnozu ilə təcili yardıma müraciət edib.

(FOXnews.az)

(Tural Əzimov)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.