Polis orqanlarına şəffaf qəbul müsbət qiymətləndirilir
  • "Dövlət qulluğu haqqında" qanunun icrasından sonra bütün yerlərdə keçirilən işə qəbulların hamısı müsabiqə yolu ilə həyata keçirilir"

Bunu jurnalistlərə daxili işlər naziri Ramil Usubov polis orqanlarına keçirilən qəbulla bağlı danışarkən söyləyib.

O deyib ki, bu qanun DİN-də təsdiq olunub. Hesab edirəm ki, bu, problemin düzgün həlli üçün vasitədir. Polis orqanlarına şəffaf şəkildə qəbul keçirilməsi vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir: "Bu formada seçim keyfiyyətə də müsbət təsir göstərir. Ümumiyyətlə, DİN orqanlarına qəbul olunan sıravi polis nəfərindən tutmuş zabit heyətinin hər biri - burada təkcə sahə müvəkkili və yaxud da cinayət axtarış inspektoru nəzərdə tutulmur, bütün xidmət sahələri nəzərdə tutulur - yeni üsulla həyata keçirilir. Bu, gələcəkdə də belə olacaq. Çünki, bu, əksini qanunda tapıb".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.