Dünyanın ən seksual müğənnilər seçildi (SİYAHI)
  • Məşhur Amerika jurnalı “Billboard” oxucularına iki nominasiyada: qadınlar və kişilər arasında ən cazibədar pop müğənniləri seçməyi təklif edib.

Müğənni Britni Spirs qadınlar arasında, Adam Lambert isə kişilər arasında qalib olublar.

Səsvermədə 600 mindən çox insan iştirak edib. “Billboard” oxucularının fikrincə, kişilər arasında ən seksual müğənni “American Idol” müsabiqəsinin keçmiş iştirakçısı, “Queen” qrupunun hazırkı solisti Adam Lambertdir. Sorğuda iştirak edənlərin 26 faizi ona səs verib.

Kişilər arasında ən cazibədar ikinci müğənni kimi “Maroon 5″ qrupunun solisti Adam Levin seçilib. Ona “Billboard” oxucularının 12 faizi səs verib. Siyahıdakı 3-cü pilləni isə yeniyetmələrin sevimlisi Castin Biber əldə edib, ona sorğuda iştirak edənlərin 10 faizi səs verib. Ən cazibədar kişi müğənnilər siyahısında həmçinin Enrike İqlesias, Bill Kaulits, Bruno Mars, Con bon Covi, Kris Braun, Aşer, Dreyk kimi müğənnilər də var.

Qadınlar arasında isə ən seksual müğənni Britni Spirs seçilib. O, səslərin 45 faizini qazanıb. İkinci pillədə qərarlaşan Ledi Qaqa 12 faiz səslə Spirsdən çox geri qalıb. 3-cü olan Beyons isə cəmi 8 faiz səs alıb. Qadınlar arasında ən cazibədar müğənnilərin ilk onluğunda Rihanna, Keti Perri, Demi lovato, Madonna, Cennifer Lopes, Niki Minaj, Teylor Svift kimi ulduzlar var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.