Azərbaycanda iki rayonunu sel aparıb
  • Bu gücə Azərbaycanın Goranboy və Naftalan rayonlarının bir sıra kəndlərini sel suları basıb. Qəflətən başlayan seldən sonra camaat evindən-eşiyindən didərgin düşərək, canlarını qurtarmağa çalışıblar.

Goranboy və Natalan şəhər sakinlərinin verdiyi xəbərə görə güclü yağışlar Naftalanda Qaraçay, Goranboyda isə Goran çaylarında suyun səviyyəsini həddən artıq yüksəldib ki, bu da böyük təhlükə mənbəyi yaradıb: «Artıq Naftalanın bir hissəsi və ona bitişik kəndlər, o cümlədən Goranboyun Yeni Yol, Qızılhacılı, Qərvənd, Qasımbəyli, Zirvə və digər bir neçə kəndlərin böyük hissəsi sel sularının altında qalıb. Getdikcə suyun səviyyəsi də yüksəlməkdədir. Camaat panika içindədir. Hələ ki əlaqədar qurumlardan hadisə yerinə gələn yoxdur. Camaat kor-təbii şəkildə kəndləri tərk etməkdədir».

Sakinlər deyirlər ki, insanlar mal-qaralarını və ev əşyalarını da çıxarmağa imkan tapmayıblar: «Camaat ancaq canlarını qurtarmağa çalışır».

Son məlumata görə, isə Goranboy rayonunu əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb. Hal-hazırda hər iki rayonda güclü leysan yağışı davam etdiyindən vəziyyət daha ağır şəkil almaqdadır. Yaşayış və qeyri-yaşayıs sahələrinin, həmçinin, 10 hektarlarla əkin sahələrinin su altında bərbad vəziyyətə düşdüyü də bildirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.