Azərbaycanda əhalinin sayı açıqlandı
  • Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Ölkə əhalisinin sayı ilin əvvəlindən 59,3 min nəfər artaraq bu il iyul ayının 1-nə 9294 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşdadır. Hazırda hər 1000 nəfər kişiyə 1015 nəfər qadın düşür.

Bu ilin birinci yarısında 86,4 min, gündə təxminən 475 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19,0-dək artıb. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub. Sari ildə doğulan körpələr üçün 73,8 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,5 yaş ömür uzunluğu gözlənilir. Yanvar-iyun aylarında ölkədə 40,4 min nikah və 5,4 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 və 1,2) qalıb. 2012-ci ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,1 min nəfər ölkədən gedib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.