Mirşahin Xoseni tutdurdu
  • Tanınmış reper Elşad Xose cinayət məsuliyyətinə cəlb olunub. Mirşahin reperin onun şərəfini təhqir etdiyini əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Tanınmış reper Elşad Xose cinayət məsuliyyətinə cəlb olunub.

Bakının Yasamal rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, hakim Tahir İsmayılovun sədrliyi ilə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin reper Elşad Xoseyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hökm çıxarılıb.

Məhkəmənin hökmü ilə Elşad Xose Cinayət Məcəlləsinin təhqir (148-ci) maddəsi ilə təqsirli bilinərək əməkhaqqının 20 faizi tutulmaqla 6 ay müddətinə islah işlərinə cəlb edilib.

Mirşahin Ağayev reperin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməklə təhqir etdiyini əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.