Biləsuvarda 3 məktəbli tələf edildi
  • Biləsuvar rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib. Kəndin sakini, idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd məktəbinin üç şagirdini vuraraq onlara müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

Biləsuvar rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Bahadır Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə dekabrın 26-da saat 9.00 radələrində rayonun Aşağı Cürəli kənd orta məktəbinin giriş darvazasında baş verib. Həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Qismət Əli oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı, 90 GK472 dövlət nömrə nişanlı avtomobillə kənd məktəbinin üç şagirdini - 2003-cü il təvəllüdlü Türkan Rövşən qızı Abbasovanı, onun bacısı, 2005-ci il təvəllüdlü Fidan Rövşən qızı Abbasovanı və 2005-ci il təvəllüdlü Rəvanə İsa qızı Bağırovanı vuraraq onlara müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

Hər üç yaralı təcili Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Türkan Abbasovanın həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının da vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətmiş sürücü Qismət Əliyev isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Biləsuvar RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.