Yevlaxda ağır yol qəzası: 1 nəfər ölü, 5 nəfər yaralı
  • Yevlaxda Ağdaş rayon sakini Ramin Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı və Şəki rayon sakini Məhəmməd Yusifovun idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşub.

Yevlaxda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, iyulun 16-da saat 23:00 radələrində Yevlax rayonu ərazisində Ağdaş rayon sakini Ramin Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı və Şəki rayon sakini Məhəmməd Yusifovun idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşub.

Nəticədə Əhmədov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, qardaşı Elçin, onun oğlu Əhməd, həmyerliləri Arzu Maqsudov, Aygün İsgəndərova, habelə Yusifov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Yevlax rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.