Təzə gəlin özünü asdı
  • Cəlilabad rayonunda bir müddət əvvəl toy çalınan ev yasa dönüb. Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, iyun ayında Günəşli kəndinə gəlin köçən 17 yaşlı Rədimə Həsənova özünü yaşadığı evin həyətində öldürüb.

Cəlilabad rayonunda bir müddət əvvəl toy çalınan ev yasa dönüb. Rayon rokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, iyun ayında Günəşli kəndinə gəlin köçən 17 yaşlı Rədimə Həsənova özünü yaşadığı evin həyətində öldürüb. Təzə gəlinin meyitini də elə gənc əri həyətdə yerləşən yardımçı tikilidə asılımış vəziyytədə aşkarlayıb.

Bu ilin iyununda, hələ 15 yaşını tamam olmadan ərə verilən qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil. Prokurorluq intiharın səbəbləri araşdırma üçün mərhumun ərini istintaqa çağıraraq dindirir.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.