““Fənərbaxça”dan ayrılacağam”
  • 2004-cü ildən etibarən İstanbulun "Fənərbaxça" klubunda forma geyən braziliyalı ulduz Aleks de Souza artıq klubda çıxış etmək istəmədiyini açıqlayıb.

Növbəti mövsümdən etibarən ölkəsinə qayıdacağını bildirən Aleks, "Türkiyə mənim ikinci vətənimdir. Rəhbərlik müqaviləmi yeniləmək istəsə belə qəbul etməyəcəyəm"-deyə qeyd edib.

Uzun müddətdir xaricdə olduğunu vurğulayan Aleks, "Ailəmlə birlikdə Türkiyədə çox gözəl günlər keçirmişəm. İki uşağım da İstanbulda dünyaya gəlib. Amma artıq yorulmuşam. 3 il daha oynamağa gücüm var. Yubileymi Koritibada qeyd etmək istəyirəm. "Fənərbaxça"dakı son mövsümümü yaxşı keçirmək üçün var gücümlə çalışacağam"-deyə əlavə edib.

Qeyd edək ki, "Fənərbaxça"da 240 oyunda forma geyən braziliyalı futbolçu Aleks de Souza 136 qola və 107 asistə imza atıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.