Uqo Çavez xalqa maraqlı təkliflə müraciət edib
  • Venesuella prezidenti Uqo Çavez, xalqa "Coca Cola" kimi sərin içkilər əvəzinə, meyə şirələri içməyi məsləhət görüb.

Prezident Çavez bunun insanların həm səhhətinə, həm də ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini açıqlayıb.

Venesuellada keçiriləcək prezident seçkiləri öncəsi dövlət televiziyasında çıxış edən Uqo Çavez, yerli məhsulların əhali tərəfindən daha çox alınmasının ölkə iqsadiyyatını artırdığını bildirib. "Məsləhətim budur ki, "Coca-Cola" əvəzinə yerli məhsullar alınsın. Buna ölkədə istehsal olunan ''Uvita'' meyvə şirələrini misal gətirmək olar. Ölkədə istehsal olunan sərin sular almaqla əhali iqsadiyyatımızın inkişafına kömək edəcək."

Qeyd edək ki, Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də, həbsindən bir müddət öncə ölkədə "Hamı yerli mal alsın, xeyir vətənə qalsın" kompaniyasına start vermişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.