Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsində
  • Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib.

APA-nın məlumatına görə, K. Heydərov zəlzələdən zərər çəkmiş Qax, Zaqatala və Balakənin bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb. Nazir həmçinin yerli sakinlərlə görüşərək onların problemləri ilə birbaşa yerində tanış olub.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.