Bu gün Bakıda kütləvi dava olub
  • Hadisə nəticəsində ölən və yaralanan var. Hadisə bu gün saat 15.00 radələrində rayonun Həsən Əliyev küçəsində, “Kral” şadlıq evinin yaxınlığında qeydə alınıb.

Bir qrup gənc arasında düşən dava sonda bıçaqlaşma ilə nəticələnib. Hadisə zamanı iki nəfər – 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya aparılıblar.Ürəyindən xəsarət alan İ.Yahyayevi xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, davada iştirak edən digər şəxslər avtomobillə ərazidən uzaqlaşıblar. Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin baş vermə səbəbləri isə hələlik məlum deyil.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.