Elnur Məmmədli: “Yenidən olimpiya çempionu olmaq istəyirəm”
  • “London Olimpiadasına böyük ümidlərlə yollanıram. Əsas məqsədim qızıl medal qazanmaqdır”. Bu fikirləri olimpiya çempionu Elnur Məmmədli deyib.

İngiltərəyə iddialı yollanan Elnur Məmmədli Pekin Olimpiadasındakı uğurunu təkrarlamaq əzmindədir: “Bu gün bizim üçün gözəl bir gündür. Olimpiyaçılarımız Londona yollanır və belə şənlik var. Əsas məqsədim yenidən olimpiya çempionu olmaqdır. Arzum budur ki, biz Olimpiadadan qayıdanda da belə sevinc olsun və bu cür yüksək səviyyədə qarşılanaq. Bunun üçün isə Londondan uğurla qayıtmalıyıq”.

Geri dön
  • Uğurlar!
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.