Çempionlar Liqasının II təsnifat mərhələsində ilk sensasiya qeydə alınıb
  • Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qafqaz təmsilçilərindən yalnız “Neftçi”ni mübarizəni davam etdirir.

Belə ki, Bakı təmsilçisinin mübarizədən kənarlaşdırdığı Gürcüstanın “Zestafoni” klubu ilə yanaşı, Ermənistan “Uliss”i də turnirdən kənarda qalıb. Ümumiyyətlə, postsovet məkanı təmsilçilərindən Azərbaycan çempionu ilə yanaşı, Moldovanın “Şerif”, Litvanın “Ekranas” klubları mərhələ adlayıb. 

Ən böyük sensasiya isə “Düdelanj”ın növbəti mərhələyə çıxması olub. “Cırtdan ölkə”nin təmsilçisi Avropanın tanınmış klublarından olan Avstriyanın “Zalsburq” klubunu yarışdan kənarlaşdırıb. Səfərdə 3:4 hesabı ilə uduzduğu oyunda 2 dəfə irəli çıxmağı bacaran lüksemburqlular rəqib meydanında vurduğu qol sayəsində istəyinə çatıb. 

Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunları


“Zestafoni” (Gürcüstan) – “Neftçi” (AZƏRBAYCAN) – 2:2
İlk oyun – 0:3

“Hapoel” (Kiryat Şimona, İsrail) – “Jilina” (Slovakiya) – 2:0
İlk oyun – 0:1

“Partizan” (Serbiya) – “Valletta” (Malta) – 3:1
İlk oyun – 4:1

“Jelezniçar” (Bosniya və Herseqovina) – “Maribor” (Sloveniya) – 1:2
İlk oyun – 1:4

“Reykyavik” (İslandiya) – HİK (Finlandiya) – 1:2
İlk oyun – 0:7

“Bazel” (İsveçrə) – “Flora” (Estoniya) – 3:0
İlk oyun – 2:0

“Debretsen” (Macarıstan) – “Skenderbeu” (Albaniya) – 3:0
İlk oyun – 0:1

“Şerif” (Moldova) – “Uliss” (Ermənistan) – 1:0
İlk oyun – 0:0

“Ekranas” (Litva) – “Şemrok Rovers” (İrlandiya) – 2:1
İlk oyun – 1:0

“Ventspils” (Latviya) - “Mölde” (Norveç) – 1:1
İlk oyun – 0:3

“Zalsburq” (Avstriya) – “Düdelanj” (Lüksemburq) – 4:3
İlk oyun – 0:1

“Şaxtyor” (Qazaxıstan) – “Liberets” (Çexiya) – 1:0 (əlavə vaxtda – 1:1)
İlk oyun – 0:1

Qeyd edək ki, cavab oyunlarına bu gün yekun vurulacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.