“Ermənistan bölgədə sülhün yaradılmasına xidmət edən addımlar atmalıdır”
  • “Qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “seçkilər”lə bağlı rəsmi Bakının mövqeyi aydındır.

İstər Avropa Birliyi, istərsə də bir çox ölkələr qondarma rejimdə keçirilən şounu pislədilər və öz mövqelərinin qətiyyətlə ortaya qoydular ”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.

O bildirib ki, hazırda Dağlıq Qarabağdakı qondarma rejim rəsmi İrəvan tərəfindən idarə olunur: “Orada atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur. Biz hər zaman demişik ki, Ermənistan daha konstruktiv mövqe göstərməli və regionda status-kvonun qorunmasına deyil, bölgədə vəziyyətin dəyişməsinə və sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.