PA rəsmisi Elnur Aslanov həbsdəki şairlərdən danışdı
  • "Güman edirik ki, İranda saxlanan azərbaycanlı şairlərlə bağlı məsələ iki dövlət arasında mehriban qonşuluq siyasəti əsasında həll olunacaq".

Bu açıqlamanı jurnalistlərə Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. O bildirib ki, İranda saxlanan azərbaycanlı şairlərlə bağlı Xairici İşlər Nazirliyinin bir neçə notası olub: “Təəssüflər olsun ki, bizim diplomatlarımız həmin şairlərlə hələ də görüşməyə nail olmayıblar.

Azərbaycan bütün dövlətlərlə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində həmişə maraqlı olub.

Biz hər zaman bütün dövlətlərlə əməkdaşlığın sülh və əmin-amanlıq şəraitində qurulmasının və inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişik”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.