Anar Məmmədovun Qolf Federasiyası qeydə alındı
  • “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İctimai Birliyin rəhbəri “ZQAN Holdinq” şirkətinin prezidenti Anar Məmmədovdur.

 

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Nazirlikdən verilən məlumata görə, “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.

Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınıb.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.