Əsədin keçmiş generalı onu devirməyə çağırdı
  • Hafiz Əsəd dönəmində müdafiə naziri postunu tutmuş Mustafa Tlasın oğlu Respublika Qvardiyasının sabiq komandiri Manaf Tlas suriyalıları birliyə səslədi.

Bəşər Əsəd ailəsinə yaxınlığı ilə tanınan, ölkədəki hadisələr səbəbindən Fransaya qaçan Respublika Qvardiyasının keçmiş briqada komandiri, general Manaf Tlas “Əl-Ərəbiyyə” kanalı vasitəsilə Suriya xalqına müraciət edib. Hafiz Əsəd dönəmində müdafiə naziri postunu tutmuş Mustafa Tlasın oğlu Manaf öz müraciətində Suriya hərbçilərini Bəşər Əsədin törətdiyi cinayətlərə görə mühakimə etməyə çağırıb.

Keçmiş briqada generalı həmçinin bildirib ki, suriyalılar ölkəni azad etmək üçün birləşməli, özü də bunu ölkəni dağıtmadan etməlidirlər:“Mən sizə bir rəsmi kimi deyil, Suriyanın, Suriya ordusunun bir oğlu kimi müraciət edirəm. Sizi Suriyanın vahidliyini qorumaq və yeni Suriya qurmağa başlamaq üçün birləşməyə çağırıram”, - deyə Manaf Tlas söyləyib. General Bəşər Əsəddən sonra ölkənin rəhbərliyinə iddialı olduğunu da açıqlayıb.

Tlas müraciətində “Suriyanı yenidən qurmaq üçün mənə şans verin” deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.