Gürcüstanda azərbaycanlı əsgərə büst qoyuldu (FOTO)
  • 20 yaşlı Rahib Məmmədov təbii fəlakət zamanı 28 sakini seldən xilas edərək qəhrəmancasına həlak olub.

ARDNŞ-in Gürcüstandakı Kulevi terminalının maliyyə dəstəyi ilə qonşu respublikanın Xobi rayonunun Çaladidi kəndində azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsinə ucaldılmış abidə kompleksi bərpa olunub və onun büstü qoyulub. Abidənin üzərindəki yazının mətni dəyişdirilib.

AzərTAc xəbər verir ki, ingilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir: “1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə”.
Məlum olduğu kimi, 20 yaşlı azərbaycanlı əsgər Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmancasına həlak olub.

Rahib Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər bu gün də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, Rahib Məmmədovun xatirəsini həmişə əziz tuturlar. O həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib adlandırmışdılar. Hazırda Rahib Çanturiya Kulevi neft terminalında çalışır və Azərbaycana məxsus bu müəssisənin əməkdaşı kimi Gürcüstanın iqtisadi inkişafına öz töhfəsini verir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.