Putin zəhərlənmə qorxusu ilə yaşayır
  • Dünyanın ən yaxşı baş aşbazları üçün elitar klub yaradan, bir vaxtlar Rusiya prezidenti Putinə xidmət göstərən aşbaz Jil Braqar Putin haqqında maraqlı açıqlamalar verib.

Onun sözlərinə görə, Rusiya prezidenti zəhərlənmə qarşısında “paranoial qorxu” hissi keçirir.

Putinin xidmətində olan təcrübəli təcrübəli dequstatorlar – həkim və aşbaz Putinə veriləcək hər bir yeməyi zəhərin olub-olmadığı ilə bağlı məcburi qaydada yoxlamalıdırlar.

Eyni paranoyadan əziyyət çəkən İosif Stalinin də bütün yeməkləri stola verilmədən yoxlanılırdı.

Braqarın sözlərinə görə, Amerika prezidentləri Bil Klinton və kiçik Corc Buş yedikləri yeməklərə xüsusi diqqət göstərirlərmiş. FTB agentləri prezident süfrəsinə veriləcək bütün qidalardan nümunələr götürüblər. Amerikan mətbəxinə aid olmayan yeməklər daha ciddi yoxlanılırmış.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.