Rusiya genefondu ilə bağlı dəhşətli fakt
  • Bir meşədə 248 doğulmamış körpənin qalıqları aşkarlanıb. Rusiyanın Sverdlovsk vilayətində hamını dəhşətə gətirən faktın üstü açılıb.

Nevyansk şəhəri yaxınlığında meşə massivində içərisində 248 doğulmamış körpənin qalıqları olan 4 çəllək aşkar edilib. Embrionların ölçüsünə görə hamiləliyin 2-4-cü aylarına uyğun olduğu bildirilib. Artıq formalaşmış bədənə malik embrionlarla dolu çəlləkləri meşəyə qoyan şirkətin adı da məlum olub.

Səhiyyə Nazirliyi müəyyənləşdirib ki, “Promekologiya” adlı şirkətin əməkdaşları müqavilə əsasında Yekaterinburq xəstəxanalarından ölü embrionları təyinatı üzrə çatdırmaq əvəzinə, onları meşədə qoyub. Bunu müəyyənləşdirməyə ölü körpələrin üzərində Yekaterinburq xəstəxanalarına məxsus birkaların olması kömək edib.

İlkin araşdırmanın nəticələri sözügedən şirkətin əməkdaşlarının həqiqətən də ölü embrionları açıq havada meşəyə qoyduğunu təsdiq edərsə, şirkət rəhbərliyinə qarşı cinayət işi açılacaq.

Geri dön
  • Azalıb yox olsalar yaxşıdı...
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.