Xristianlarlar şoka düşüb. İsa peyğəmbər müsəlman imiş
  • ABŞ-ın Ayova ştatının Lüter Kollecinin professoru Robert Şedinger özünün İsa Məsihin dini mənsubiyyəti ilə bağlı nəzəriyyəsini yeniləyib.

Bu ilin sonunda çap olunacaq “İsa Məsih müsəlman idi” adlı kitabında professor iddia edir ki, xristian dininin siması və yaradıcısı olan İsa peyğəmbər müsəlman imiş.

R. Şedinger külli miqdarda dini sənədləri yenidən analiz etdikdən İslam anlayışına maraqlı bir yenilik gətirib: “Mən İslam anlayışını yenidən nəzərdən keçirdim və belə bir qənaətə gəldim ki, İslam – haqq uğrunda sosial bir hərəkatdır. Düşünürəm ki, məhz I əsrdə İsa peyğəmbər də özündə bunu tərənnüm edirdi. Bunun üçün də belə bir nəticəyə gəlmişəm ki, İsa peyğəmbər müsəlman olub”.

Buna baxmayaraq, artıq R. Şedingerin nəzəriyyəsinə rəqiblər də tapılıb. Onların əsas iradı odur ki, İsa peyğəmbər İslamın yaranışına 600 il əvvəlki bir vaxtda doğulub və yaşayıb. Onların fikrincə, təxmin etmək olar ki, İsa Məsih də bu günkü İslamın bəzi ideyalarını təbliğ edib. Amma onların sözlərinə görə, İsa Məsihi müsəlman adlandırmaq üçün bu iki din arasında xeyli fərqli cəhətlər var.

Qeyd edək ki, İsa peyğəmbərin etnik, milli və dini mənsubiyyəti ilə bağlı mübahisələr əsrlər boyu olduğu kimi, bu gün də davam edir. Ənənəvi xristian dini iddia edir ki, İsa peyğəmbər etnik yəhudi olub və qarışıq milliyyətlərin yaşadığı Əl-Xəliliyə şəhərində doğulub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.