İranda oruc tutmayanlar cəzalandırılır
  • İranda Ramazan ayı başlayandan bəri sahurdan iftara qədər restoran və kafelərin qapılarına möhür vurulur, maşında və ya küçədə yemək satanlar cəzalandırılır.

"Habertürk" bildirir ki, ölkə polisi ictimai yerlərdə yemək yeyilməməsinə nəzarəti gücləndirib. Sahurdan iftara qədər çalışan restoranlar da qapıdılır.

İranın DİN başçısı Əhmədi Müqqədimin dediyinə görə, Ramazan ayı boyunca açıq məkanlarda, ictimai yerlərdə yemək yeyənlər cəzalandırılacaqlar.

"Tehrandakı yeməkxana, kafe və restoranlar sadəcə, iftardan sonra qapılarını aça bilərlər. Sərnişinlərə və yolda olanlara xidmət edən restoranlar isə sahurdan iftara qədər müştəri qəbul edə bilər. Bir şərtlə ki, pəncərələrdə içərini görməyə imkan verməyən şüşələr olsun", - Müqəddim deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.