Bakıda ər arvadını baltadı
  • Bakıda dəhşətli qətl törədilib. Ər arvadını balta ilə qətlə yetirib. Xəzər Rayon Prokurorluğundan ki, hadisə ötən gecə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1964-cü il təvəllüdlü Əli Mehbalı oğlu Ağalıyev qısqanclıq zəminində həyat yoldaşı Kifayət Hüseynovanı baltalayaraq qətlə yetirib. Həyat yoldaşını öldürən ər daha sonra özünə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda o, polis nəzarəti altındadır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.