İmtahan nəticələrinin açıqlanacağı tarix bəlli oldu
  • Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

“TQDK rəsmisi bildirib ki, IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri hazırda emal prosesi aparılır, sabah bazar günüdür, imtahanın nəticələri gələn həftənin birinci gün açıqlanacaq”.

Qeyd edək ki, bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  9352 nəfərini oğlanlar, 6056  nəfərini isə qızlar təşkil edib.

İmtahan qaydalarını  pozan 20 abituriyent imtahandan xaric olunub. Həmin abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.

Xatırladaq ki, imtahanda istifadə olunan sualların düzgün cavabları artıq  TQDK-nın rəsmi internet saytında yerləşdirilib. http://tqdk.gov.az/etalon2012/a4_gr4_tq.htm Azərbaycan bölməsi,http://tqdk.gov.az/etalon2012/r4_gr4_tq.htm rus bölməsi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.