Tovuzda ev yandı 1 nəfər öldü
  • Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Nəbi Şamil oğlu Tağıyevə məxsus evdə yanğın baş verib.

Dərhan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib və yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 133 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə 1 otağın və aynabəndin yanar konstruksiyaları 98 kv.m sahədə yanıb.Yanğın zamanı ev sahibi Nəbi Tağıyevin cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.


Qeyd edək ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.