Şok! 20 il sonra "böcəkburger" yeyəcəyik
  • Ət istehlakının getdikcə çətinləşdiyini deyən mütəxəssislərin ehtamallarına görə, 20 ildən sonra böcəklər əsas qida mənbələrindən biri olacaq.

Qida sənayesində çalışanların sözlərinə görə, qarşıdakı 5-7 il ərzində ətin qiyməti ikiqat artacaq və ət ən bahalı qidalar arasında yer alacaq.

Niderlandın "Wageningen" Universitetinin tədqiqatçıları böcəklərin ətin yerini tutacağı qənəatindədirlər. Onların fikrincə, böcəklər ətə bərabər əhəmiyyətli protein mənbəyidir. Niderland hökuməti böcəklərin əsas qida mənbələrindən biri kimi istifadə edilməsi üçün xeyli pul xərcləyir.

İnsanların yeyə biləcəyi 1400 böcək növü var və onlar mal-qaraya nisbətən daha az xərclə, daha az su sərf edilərək və ətrafa daha az zərər verilərək qida şəklində istehsal oluna bilər. Mütəxəssislər bəzi böcəklərin "burger" formasında yeyiləcəyini söyləyirlər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.