“Hotmail” olmayacaq
  • Dünyanın ən populyar poçt servislərindən biri “Hotmail” bu yaxınlarda ləğv ediləcək. Korporasiya “Hotmail” elektron poçt servisini ləğv edir. Bundan sonra “Hotmail”i “Outlock” əvəzləyəcək.

ABŞ-ın “Microsoft” korporasiyası desktop və planşet kompüterlər üçün universal əməliyyat mərkəzi qismində təqdim olunmuş “Windows 8″i istifadəyə verəndən sonra radikal addımlar atmağa davam edir.

Korporasiya “Hotmail” elektron poçt servisini ləğv edir. Bundan sonra “Hotmail”i “Outlock” əvəzləyəcək.

“Hotmail” istifadəçiləri narahat olmaya bilərlər: onların hamısında “Microsoft” akkauntu olduğu üçün “Hotmail”dəki parol və loginlərdən istifadə edərək “Outlook.com”a daxil olub, yeni servisdən istifadə edə bilərlər.

Yeni “Outlook”un bir sıra özəllikləri var. Bu poçt servisinə daxil olan istifadəçi “Outlook”u tərk etmədən Skype, Facebook, Twitter və LinkedIn-dən yararlana biləcək.

Üstəlik, poçt servisində olan istifadəçi Microsoft Word, Excel, PowerPoint və SkyDrive servislərindən də yararlana biləcək.

(FOXnews.az) Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.