Prezident İlham Əliyev Londonda keçirilən Olimpiya Oyunlarından danışdı
  • Prezident Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında idmançılarımızın Olimpiadada çıxışları haqda danışıb.

"İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaq. Artıq birinci medal qazanılıb". Bu sözləri ötən gün Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edən prezident ilham Əliyev deyib. Dövlət başçısı medalların sayının daha da çox olacağına əmin olduğunu bildirib. 

Prezident idmanın bizim cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb. "İdmana böyük diqqət göstərilir. Bütün yerlərdə, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir və hər yeni Olimpiya İdman Kompleksi əvvəlkindən fərqlənir, daha da gözəlliyi, daha böyük funksional cəhəti ilə. Bizdə idman siyasəti yüksək səviyyədə aparılır".

(FOXnews.az) Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.