Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında olub (FOTO)
  • Prezident İlham Əliyev Bakının Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimindən sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin və uşaq bağçalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulub.

Dövlətimizin başçısına 268 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, bağçanın binası 1989-cu ildə inşa olunub, Azərbaycan Prezidentinin tapşırığı ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələr evi-uşaq bağçasında hər cür şərait yaradılıb. Uşaqların yataq otaqları, əyləncə yerləri, mətbəx və digər sahələr ən müasir standartlar səviyyəsində yenidən qurulub.

Körpələr evi-uşaq bağçası ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.

Sabina Əsədova

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.