Olimpiadaya gedən 53 idmançımızdan 22-si sıradan çıxıb (SİYAHI)
  • London Olimpiadasında çıxış edən Azərbaycan idmançıları onlara bəslənilən ümidləri puç etməkdədirlər. Azərbaycan London Olimpiadasında ümumilikdə 53 idmançı ilə gedib.

6 gündən sonra Olimpiadadakı çıxışını uğursuz başa vuran idmançılarımızın sayı 22-yə çatıb. 

Yalnız bir idmançı ağırlıqaldıran Valentin Xristov (56 kq) bürünc medal qazanıb.

Uğursuz çıxış edənlər

CÜDO: Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) yeddinci olub, Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova 1/8 finalda uduzub, İlqar Muşkiyev (60 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) ilk döyüşdə uduzublar.

İdman gimnastikası: Şakir Şıxəliyev təsnifat mərhələsini 40-cı pillədə başa vurduğu üçün finala çıxa bilməyib.

Üzgüçülük: Oksana Hətəmxanova (brass, 100 metr) yarımfinala vəsiqə qazana bilməyib, Yevgeni Lazuka (batterflay, 100 metr) yarımfinala vəsiqə qazana bilməyb.

Boks: Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) ilk döyüşdəcə uduzublar, Məhəmməd Əbdülhəmidov (56 kq) 1/8 finalda qələbə qazansa da, sonradan AİBA-nın qərarı ilə ona məğlubiyyət verilib, Soltan Migitinov (75 kq) 1/8 finalda uduzub.

Ağırlıqqaldırma: Boyanka Kostova (58 kq) beşinci, Sərdar Həsənov (69 kq) səkkizinci olub, Əfqan Bayramov (69 kq) çıxışını erkən başa vurub.

Güllə aticılığı: İradə Aşumova 10 metr məsafəyə atışlarda 39-cu, 25 metr məsafəyə yarışlarda isə 23-cü yeri tutub.

Velosiped idmanı: Yelena Çalıx veloşossedə yürüşü başa vura bilməyib. Fərdi yarışlarda isə 20-ci yerlə kifayətlənib.

Qılıncoynatma: Səbinə Mikina 1/8 finalda məğlub olub.

Mübarizəni davam etdirənlər:

Akademik avarçəkmə: Aleksandr Aleksandrov əsas finala, Nataliya Mustafayeva B finalına yüksəlib (7-12-ci yerlər uğrunda)

Boks: Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 finala vəsiqə qazanıb.

Vüsalə Telmanqızı

(modern.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.