Maykl Felps 20-ci Olimpiya medalını qazandı
  • 2012-ci il Yay Olimpiya Oyunlarında Amerika Birləşmiş Ştatlarını təmsil edən üzgüçü Maykl Felps 20-ci Olimpiya medalını qazanaraq, öz rekordunu təzələyib.

Felps 200 metrlik məsafədə kompleks üzmə üzrə qızıl medal qazanıb.

Bununla da, 27 yaşlı amerikalı üzgüçü London Olimpiadasında hələlik 2-si qızıl, 1-i gümüş olmaqla, 3 medal qazanıb.

Hazırda üzgüçünün aktivində 16 qızıl, 2 gümüş və 2 bürünc medal var. Qeyd edək ki, Maykl Felps Olimpiya Oyunlarında indiyədək bir idmançının qazandığı medalların sayına görə rekordçu hesab edilir.

(FOXnews.az) Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.