Rəqsanə və qızı yay kefində (FOTO)
  • İşlərini azaldıb, istirahətə vaxt ayıran Rəqsanə hazırda Moskvadadır. Rəqsanə bildirib ki, vaxt məhdudiyyəti olmasa, Tailanda da getməyi planlaşdırıblar.

 

Böyük qızı Aysunla yaxın ailə dostunun qonağı olan sənətçi vaxtını bağ evində keçirir. Əslində o, bu günlərdə Maldiv adalarına getməli imiş. Amma ailə dostlarının israrı onların Moskva səfərini bir neçə gün də uzadıb. Bu barədə Rəqsanə özü danışıb: “Üzümüzə o qədər xoş baxırlar ki, dostlardan ayrıla bilmirik. Özləri israrla qalmağımızı istəyirlər. Amma yay istirahəti bununla bitməyəcək”. 

Amma ana və bala Maldiv səfərinin üstündən xətt çəkməyib. Elə bu həftə onlar istirahət proqramına rəng qatıb, yola düşəcəklər. Rəqsanə bildirib ki, vaxt məhdudiyyəti olmasa, Tailanda da getməyi planlaşdırıblar.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.