Uqo Çaves: "ABŞ özü Xərçəngi yayır"
  • Venezuela prezidenti fantastik fərziyyə irəli sürüb. Bu yaxınlarda Kubada əməliyyat olunmuş venesuelalı prezident isə artıq xərçəngdən azad olduğunu iddia edir.

Qalmaqallı bəyanatları ilə tanınan Venesuela prezidenti argentinalı xanım həmkarında aşkar olunmuş xərçəng fonunda, Latın Amerikası liderləri arasında xərcəngə yoluxma hallarının çoxalmasında ABŞ-ın əli olduğu fikrini irəli sürüb. 1940-cı illərdə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin Qvatemalada iri miqyaslı kimyəvi eksperimentlər apardığını xatırladaraq, bir neçə ilə ABŞ-ın böyük xərçəng suiqəsdi planının üzə çıxacağının mümkün olduğunu bildirib. 

“Heç ehtimal nəzəriyyəsindən çıxış etdikdə belə, bizlərin - yəni Latın liderlərinin başına nə gəldiyini demək çox müşkül məsələdir”-deyə Çaves dövlət kanalı ilə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Argentina prezidenti Kristina De Kirşnerdə qalxanabənzər vəzi karsinoması aşkar olunmazdan əvvəl sabiq Braziliya prezidenti Dilma Russef, Paraqvay prezidenti Fernando Luqo və Venesuela prezidenti Uqo Çavesə də xərçəng diaqnozu qoyulub. Bu yaxınlarda Kubada əməliyyat olunmuş venesuelalı prezident isə artıq xərçəngdən azad olduğunu iddia edir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.