ABŞ-dan İranın hədəsinə cavab gəldi
  • İranın Hörmüz boğazını neft tankerləri üçün bağlayacağı ilə bağlı son xəbərdarlığına ABŞ dərhal reaksiya verib.

Baş qərargahı Bəhreyndə yerləşən ABŞ-ın V Hərbi Donanmasının yaydığı açıqlamada vurğulanıb ki, Hörmüz boğazından neft tankerlərinin keçməsinin qarşısının alınmasına imkan verilməyəcək. 

Açıqlamada qeyd olunub ki, Hörmüz boğazı ticarət dövriyyəsi, dəniz nəqliyyatı baxımından bölgə və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır: “Əgər hər hansı dövlət bu boğazda dəniz nəqliyyatının hərəkətinə mane olarsa, buna dözümlə yanaşılmayacaq”. 

Qeyd edək ki, dünən İran Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibullah Səyyari bəyan edib ki, Hörmüz boğazını bağlamaq İran üçün bir bardaq su içməkdən də asandır. İranın vitse-prezidenti Reza Rahimi isə deyib ki, əgər Qərb ölkələri İran neftinin ixracı ilə bağlı sanksiya tətbiq etsələr, Tehran Hörmüz boğazından neft tankerlərinin keçməsinin qarşısını alacaq. O bildirib ki, Qərb aqressiv davranışını davam etdirsə, İran cavab addımı atmaq məcburiyyətində qalacaq. 

Qeyd edək ki, dünyada tankerlə daşınan neftin 1/3-i məhz Hörmüz boğazından keçməklə daşınır. Əgər bu boğaz bağlanarsa, dünyada neftin qiyməti kəskin surətdə qalxar.

(Lent.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.